QHT əlilliyi olan uşaqlar üçün sosial reabilitasiyanın təşkili layihəsini davam etdirir

120

“Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda “Müxtəlif əlilliyi olan uşaqlar üçün sosial reabilitasiyanın təşkili” layihəsini həyata keçirir.

Sosialmedia.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunmuşdur.

Layihə çərçivəsində müxtəlif əlilliyi olan 18 yaşa qədər uşaqlar müəyyən edilmiş, uşaq mütəxəssisləri tərəfindən ilkin ehtiyacları öyrənilmiş və onlara təlimlər təşkil edilmişdir. Təlimlərə valideynlərin cəlb olunması layihənin səmərəliliyin daha da artırır. Layihə başa çatdığı zaman onlar mütəxəssis məsləhəti ilə uşaqlarına kömək edə biləcək və öz uşaqları ilə ünsiyyət qurmaq, onlara erkən yardım göstərmək bacarıqları əldə edəcəklər.

Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları barədə məlumatlar verilmişdir.

Uşaqlara təlimlərin keçirilməsi, sosial – psixoloji dəstək göstərilməsi onların sağlamlığına müsbət təsir göstərir.

Təlimlər aşağıdakı mövzularda davam edir.

Sensor bacarıqların inkişafı;
Ünsiyyət bacarıqları;
Göz kontaktının qurulması;
Əl- barmaq hərəkətlərinin aktivləşdirilməsi;
Yazı və oxu texnikasına hazırlıq;
Nitq inkişafı;
Nəfəs məşqləri;
Fiziki inkişaf;
Sosial və özünəxidmət bacarıqları və s.