Gültəkin Hacıbəyli saxlanıldı

263

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

Sosialmedia.az xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında tutulub.

Ona barəsində cinayət işi başlandığı haqda məlumat verilib. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub.

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis İdarəsində olduğu bildirilir.