Sumqayıtda avtomobil sexi yandı

223

Sumqayıt şəhərində ümumi sahəsi 42 kvadratmetr olan avtomobil təmiri sexinin içərisində avtomobil ehtiyat hissələri, məişət tullantıları və yağ qalıqları 8 kvadratmetr sahədə yanıb.

Sosialmedia.az bildirir ki,  Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 15 kvadratmetr sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.