“Vərəmin profilaktika və müalicəsi” mövzusunda seminar keçirilib

154

Dekabrın 23-də tarixində Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası üzvləri və Qızıl Aypara Cəmiyyətinin könüllüləri üçün “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəmin profilaktika və müalicəsi” adlı seminar təşkil edilib.

Sosialmedia.az xəbər verir ki, seminar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Aysel Aslanova tərəfindən aparılmışdı. Seminar qrup işləri ilə səmərəli keçdi və iştirakçılar yeni məlumatlar əldə etdilər. Yeni nəsil portativ, süni intellekt üstünlüyünə malik rentgen qurğusu -FDR Xair ilə vərəmin skrininqi haqqında və cihaz iş prinsipi haqqında əyani məlumat verildi, rəqəmsal texnologiyaların vərəmin diaqnostikasında, müalicənin monitorinqində vacibliyi haqqında məlumat verilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.