İstanbulda ana və iki uşağı evdə ölü tapılıb- ÖZƏL

338

Sosialmedia.az xəbər verir ki, Türkiyənin Kartal Atalar Məhəlləsində iki azyaşlı uşağın və anasının cəsədi tapılıb.

Polis qrupları bir qadından xəbər ala bilməyən Kartaldakı qohumlarının xəbəri üzərinə çilingərin köməyi ilə yaşadığı evə daxil olub. Qruplar 40 yaşlı qadının və iki uşağının cansız cəsədlərini evdə tapıblar. Əsas diqqət insanların təbii qazdan zəhərlənərək həyatını itirməsi şübhəsinə yönəlib.

Kartal Atalar Məhəlləsində 5 mərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə baş verən hadisədə iddiaya görə, qohumları bir müddət Mələk Dönmezlə əlaqə yarada bilmədikləri üçün polisə xəbər veriblər. Dönmezin yaşadığı evə çilingər köməyi ilə daxil olan polislər ana Mələk Dönmez, qızları Havvanur Ergay (11) və Belinay Ergayın cansız cəsədlərini tapıblar.