Məhkəmə “Novıy Vek” Teleqram kanalının inzibatçısı Qusovu aprelin 2-dək həbs edib – ÖZƏL

193

Sosialmedia.az xəbər verir ki, Moskvanın Tverskoy Rayon Məhkəməsi hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Novıy vek” Teleqram kanalının inzibatçısı Aleksandr Qusovu aprelin 2-dək həbs edib. Cümə günü, fevralın 3-də məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məhkəmə müstəntiqin vəsatətini təmin edərək Qusovu 2 ay müddətinə həbs edib.

Bundan əvvəl Telegram kanalının administratorunun xüsusilə böyük məbləğdə hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanıldığı bildirilirdi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, müttəhim rusiyalı iş adamı, Yota-nın yaradıcısı Albert Avdolyandan 12 milyon rubl tələb edib.

Səbinə Kərimova

Sosialmedia.az