Müğənni bacısı ilə bağlı paylaşım edib -Özəl

133

Xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün əvvəl dünyasını dəyişən müğənni bacısı Zeynəb Dostəliyeva ilə bağlı paylaşım edib.

Sosialmedia.az xəbər verir ki, müğənni bacısının şəklini yayımlayaraq “Canım bacım, məkanın cənnət olsun” sözlərini yazıb.

Dostəliyeva daha sonra paylaşımına “Allah var, kədər yox. Böyük yaradanımdan yalnız səbr istəyirəm” sözlərini əlavə edib.

Qeyd edək ki, Z.Dostəliyeva uzun sürən xəstəlikdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. O, qaraciyər sirrozundan əziyyət çəkirdi.