Sabahdan nəqliyyat vasitələrinə örtük vurulma qaydaları qüvvəyə minir-Özəl

76

Sabahdan nəqliyyat vasitələrinə örtük vurulma qaydaları qüvvəyə minir.

Sosialmedia.az xəbər verir ki, 24 fevral tarixindən etibarən müxtəlif nəqliyyat vasitələrinə qara plyonka və ya jalüz quraşdırmaqla bağlı olan qanun qüvvəyə minir.

Belə ki, təsdiqlənmiş qaydalara əsasən, icazə verilir:

-Minik avtomobillərində plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;

-Yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda plyonka çəkilməsinə, jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. İstisna: sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar.

-Nəqliyyat vasitələrində günlüklər nəzərdə tutulmayıbsa, ön şüşəsinin yuxarı hissəsindən 15 sm-dən çox olmamaq şərtilə.

Örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.