Hərbi İnstitutda şəhidlərin Xatirə kompleksinin açılışı olub- Özəl

106

Martın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutda olub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi institutun ərazisindəki büstü önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.

Nazirliyin rəhbərliyi, hərbi institutun zabit, kursant və professor-müəllim heyəti, həmçinin şəhid ailələrinin iştirakı ilə institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhəbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb. Şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu diqqətə çatdıran nazir onların valideynlərinə Vətənə layiqli övlad yetişdirdiklərinə görə təşəkkürünü bildirib.

Sonda birgə xatirə şəkili çəkdirilib.