İraqda Türkmən Türkcəsi rəsmi dillərə əlavə edildi-ÖZƏL

86
Members of the newly elected Iraqi parliament attend a session at the Parliament headquarters in Baghdad July 1, 2014. REUTERS/Stringer

İraq hökuməti Kərkükdə türkmən türkcəsini rəsmi dillərə əlavə edib.

Sosialmedia.az xəbər verir ki, baş nazir Məhəmməd Şia es-Sudani rəsmi yazışma dilləri arasında türkmən dilinin istifadə edilməsi barədə göstəriş verib.

İraq Baş Nazirliyinin katibliyi Kərkük valiliyinə məktub göndərərək Kərkükdə rəsmi yazışmalarda yalnız ərəb və kürd dillərindən istifadə etməsini istəyib. Bu qərara Kərkükdə yaşayan türkmənlər əks reaksiya verib.

İraq Türkmən Cəbhəsi (İTC) Siyasi Bürosu baş nazir Məhəmməd Şiya es-Sudaniyə zəng edərək qərarın ləğvini istəyib.

İraq Parlamenti Türkmənlər Qrupunun yaydığı bəyanatda Kərkükdə türkmən dilinə məhəl qoyulmaması qərarının konstitusiyaya zidd olduğu və qəbul edilmədiyi bildirilib.

Türkiyə də qərarın ləğvini istəyirdi. Ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılırdı: “Qərar İraqın qurucu millətlərindən biri olan türkmənlərin əsas hüquqlarının pozur. Bu cür addımlar türkmənlərin haqq və həssaslıqlarını qulaqardına vurmaqdır. İraq dövləti və Kərkük vilayətinin aparıcı cəmiyyəti olan türkmənlərin Kərkükdə rahat yaşamasına icazə verilmir ki, bu da xalq mədəniyyətinin qurulması səylərinə zərər verə bilər. Biz İraq hakimiyyətini bu qərarı tez bir zamanda nəzərdən keçirməyə çağırırıq”.