Finlandiyada sovet əsgərlərinin kütləvi məzarlığı təhqir edilib-ÖZƏL

234

2023-cü il fevralın sonunda Malmi-Kivikkoda 1941-44-cü illərdə əsirlikdə həlak olmuş 34 sovet əsgərinin məzarı üzərində vandalizm aktı törədilib. Faktla bağlı cinayət işi başlanıb.

Vandallar Helsinkinin rayonlarından birində sovet hərbi əsirlərinin kütləvi məzarlığı üzərində ucaldılmış abidəni yandırıblar. Bundan əlavə, vandallar xatirə lövhəsində təhqiredici yazı qoyublar.

Sosialmedia.az xəbər verir ki, Suomi hakimiyyəti əsgər və hərbi əsirlərin məzarlarına və abidələrinə qarşı vandalizm aktlarını pisləyir.

“Dəfn yerlərində vandalizm yolverilməzdir. Əgər qəbir yerlərində vandalizm və ya digər uyğunsuz hərəkətlər törədilərsə, polis bununla məşğul olacaq”, – Şərqi Finlandiyanın regional hakimiyyət orqanlarının nümayəndəsi Anu Liljeström bildirib.

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Finlandiya öz ərazisində sovet əsgərlərinin və hərbi əsirlərin məzarlarına qulluq etməyi öhdəsinə götürdü. Ölkədə Müharibə Qurbanlarının Xatirəsinin Qorunması Assosiasiyası fəaliyyət göstərir ki, bu da sazişlərin praktiki icrasına cavabdehdir.