“Gənclər arasında ailə modelinin təbliği” adlı təlimlər keçirildi-ÖŹƏL

1054

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Zərdab rayonunda “Gənclər arasında ailə modelinin təbliği” adlı təlimlər keçirilmişdir.

Təlimlərdə Zərdab rayon gəncləri, gənc ailələr iştirak etmişlər. Təlimçi – Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Əhədova iştirakçılarla interaktiv təlim metoduna üstünlük verərək “ Ailə modeli” mövzusunda müzakirələr aparıb . Müzakirələr zamanı iştirakçılarla birgə ailə modeli necə olmalı, xoşbəxtliyin əsas amilləri, ailədə kişi və qadınlarln rolu və öhdəlikləri ətrafında söhbətlər aparmış, gənclərin gələcək ailələrinin xoşbəxt, mehriban və uzunömürlü olması istiqamətində tövsiyyələr vermişdir.

Layihə üzrə ekspert Nailə İsmayılova layihə mövzusunun aktuallığını önə çəkərək bildirdi ki, layihə yerində və zamanında həyata keçirilir. Belə ki, mətbuatdan və sosial şəbəkələrdən aldığımız gündəlik məlumatlar son vaxtlar ailələrdəki münasibətlər tərəflərin eqoları üzərindən tənzimləndiyindən xəbər verir.

Bu da ailə münaqişələrinə və boşanmalara səbəb olur. Müasir ailə modelinin gündəmə gətirib təmin olunması və təkmilləşdirilməsi üçün vətəndaş cəmiyyətin üzərinə müəyyən vəzifələr düşür ki, bu da milli-mənəvi dəyərlərin qorunaraq maarifləndirmə işlərinin gücləndirilməsini tələb edir. Qarşılıqlı sual – cavab əsasında gənclərin hətta öz valideynləri ilə münasibətləri ətrafında da söhbət aparılmışdır, Təlimlərin uğurlu gedişatı gənc və yeniyetmələri həvəsləndirərək bu mövzuya daha çox diqqət etmələrinə zəmin yaratmışdır.