Qazaxıstanda təhsil imkanı- Özəl

165

Sosialmedia.az xəbər verir ki, Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına müraciət davam edir. Proqrama müraciət üçün son tarix 30 aprel 2023-cü ildir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.