Məktəbdə layihənin son tədbiri keçirildi- Özəl

112

Sosialmedia.az xəbər verir ki, “Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyi Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə görüşlər” layihəsinin icrasının məktəbdə son tədbiri keçirildi.

Kürdəxanı qəsəbəsindəki Şuşa 7 nömrəli məktəbdə “ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyinin sədri, layihə rəhbəri Aysunay Həsənova tədbiri şəhidlərimizi bir dəqiq sükutla yad etməklə başladı. Layihə barədə geniş məlumat verdi.

Layihə rəhbəri Aysunay Həsənova qonaqları, qazilərimizi təqdim etdi. Qazi Fuad Xudiyev, Xəlifə Rəcəbov, Nail Həsənov dəvətə görə minnətdarlıqlarını bildirdilər. Şagirdlərin suallarına cavab verərək, cəbhədəki qəhrəmanlıqlardan danışdılar. Layihə rəhbərinin köməkçisi Mətanət Cəfərova şagirdlərin doğmalarından kimlərin vətən savaşında iştirakından sual verdi. Onlar bu suala iftixarla cavab verərək, böyüyəndə vətəni qoruyacaqlarını , hərbçi olacaqları arzularını bildirdilər.

təşkilinə görə minnətdarlıq bildirdilər.

Layihə rəhbəri Aysunay Həsənova bu layihəni dəstəklədiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi.

Tədbirdə iştirak edən Şuşa 7 nömrəli məktəbin direktoru Elçin Dadaşov layihə icraçılarına uğurlar diləyərək, bu məktəbi seçdiklərinə görə minnətdarlığını bildirdi.

Foto-video çəkildi, iştirakçı siyashıları tərib olundu və şirniyyat , çay süfrəsi ətrafında söhbətlər davam etdirildi.