Şəhid ailələri və qazilər Şuşada-Özəl

155

“Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

“Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri, Layihə rəhbəri Şəbnəm Rəfaelqızının Sosialmedia.az-a verdiyi xəbərə görə ictimai birliyin növbəti tədbiri layihənin Fəaliyyət planına uyğun olaraq Şuşa şəhərində baş tutub. Şəhid ailələri, qazilər, QHT və Media nümayəndələri iştirak ediblər.

Sübh tezdən xüsusi avtobusla qrup yola çıxıb.

Əvvəlcə səhər yeməyi yeyilib.

Yola davam edərək Şuşa şəhərində layihə iştirakçıları Cıdır düzünə gəliblər. Layihə rəhbəri Şəbnəm Rəfaelqızı məlumat verdi ki, iki şəhidimizin valideyninin dilindən bu sözləri eşitmək həm kədərli, həm də qürurlu idi: Övladlarımızın son nəfəsini verdiyi Cıdır düzü, Şuşanı ziyarətlə elə bildik balalarımız geri döndülər. Cıdır düzündən torpaq götürmüşük. Övladlarımızın məzarı olan torpağa tökəcəyik. Övladlarımız vətənin bir parçası olan Şuşanı qaytarıblar. Şuşa bizim şərəf yerimizdir. Övlad itkisi ağır olsa da bu dəqiqələrdən bununla təskinlik tapırıq. Şəbnəm xanım, bu şərəfli dəqiqələri bizə yaşatdığınıza görə minnətdarıq. Həm də Ramazan bayramı günündə Şuşada olmaq hər kəsin yəqin ki, ən böyük arzusudur.

Şəbnəm Rəfaelqızı qeyd edib ki, ictimai birlik olaraq bu anları yaşatdığına görə Azərbaycan Dövlətinə, Azərbaycan Respublikası Prezidentinin Administrasıyasına , xüsusi ilə Azərbaycan Respublikası Prezidentinin Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sector müdiri cənab Vüsal Quliyevə minnətdarlıq bildiririk. QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdardı ki, layihə dəstəklənib, səfərin baş tutmasına şərait yaradılıb.

Ötən tədbirlərdən birində Azərsu ASC-nın bir qrup şəhid ailəsi və qazilərinin arzusunu nəzərə alaraq səfərə dəvət olunublar. Sözümüzü tutduq, Şuşada olmaq istəklərını həyata keçirdik!

Səfər iştirakçıları Molla Pənah Vaqifin məqbərəsini, güllələnmiş hehykəlləri də ziyarət ediblər .

Daha sonar layihə çərçivəsində yemək süfrəsi açılıb.

Şuşanın hər döngəsini, dağılan evləri həsrətlə ziyarət edən iştirakçılar kədərli anlar yaşadılar. Çünki hər dalanı uğrunda şəhidlərimiz qanlarını torpağa axıdıblar…

Şuşa Qalasını ziyarət əslində əhval-ruhiyyələrini bir qədər yüksəltdi. Çoxlu şəkillər çəkildi. Rəqs edənlər də oldu. Vaxtaşırı psixoloq Vəfa Abbasova şəhid ailələri və qazilərlə söhbətlər apardı.

Səyahətin sonunda şirniyyat və çay süfrəsi açıldı. Beləliklə, “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili” layihəsinin son tədbiri Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildi.