İranda 4,9 bal gücündə zəlzələ baş verib- Özəl

215

Sosialmedia.az xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Şərqi Azərbaycan əyalətinin Serab şəhərində olan 4,9 bal gücündə zəlzələ yerli vaxtla saat 21:06-da qeydə alınıb.

8 kilometr dərinlikdə baş verən zəlzələnin vurduğu ziyanla bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.