“Eagle I” zirehli maşınlarının Ukraynaya necə düşdüyünü öyrənib- Özəl

219

Sosialmedia.az xəbər verir ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) “Eagle I” zirehli maşınlarının Ukraynaya necə düşdüyünü öyrənib. Mart ayında onları cəbhəyanı Çasiv Yar və Avdiivka şəhərlərində gördülər.

Məlum olub ki, İsveçrə 1990-cı illərdə Danimarkaya 36 ədəd Eagle I zirehli maşın ixrac edib. 2013-cü ildə Danimarka İsveçrənin icazəsi ilə 36 avtomobildən 27-ni alman özəl şirkətinə ixrac edib.

Maşınlardan zirehli qoruyucu və pəncərələr çıxarıldığı üçün şirkət direktoru Ukraynaya 11 maşın ixrac edə biləcəyini təklif edib.