Сəfəri Sözünü Deyə Bilmədikləri Üçün Öldürülən 25 Min İnsan- Özəl

199

Sosialmedia.az xəbər verir ki, 1937-ci ildə Dominikan Respublikasının diktatoru Rafael Truxilyo Dominikandan axan Rio Daxabon çayı sahilində yaşayan haitililərin təmizlənməsi haqqında qərar verdi.

Ancaq haitililər üzdən dominikanlılara oxşayırdılar. Onda haitililəri ayırd etmək üçün əsgərlər onlara cəfərini göstərib, adının nə olduğunu soruşurdular.

İspan dilində cəfəri “perejil” demək idi. Dominikanlılar bu sözü deyə bilirdilər, amma fransız dilli haitililər bunu “lerejil” tələffüz edirdilər və bununla da özlərini ələ verirdilər. Nəticədə hadisə “cəfəri təmizləməsi” adını aldı.

”Təmizləmə” zamanı 25 minə yaxın adam öldürülmüşdü.