Sumqayıtda azyaşlıya işgəncə verdilər- Özəl

728

Sosialmedia.az xəbər verir ki, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri – 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər.

İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib.

Azyaşlı tibbi yardım göstərilməsi və  müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.