1 yaşdan sonra uşaqların qidalanması- Özəl

396

Sosialmedia.az xəbər verir ki, həyatının II yarımilindǝ duru qidaya öyrǝnmiş uşaq müxtǝlif yemǝklǝr yeyir. Bir yaşda artıq 6-8 diş olur, çeynǝmǝ aparatı kifayǝt qǝdǝr yaxşı inkişaf edir, mǝdǝ-bağırsağın turşuluğu vǝ fermentativ
aktivliyi artır.

Bu imkan verir ki, uşağın yemǝklǝri müxtǝlif vǝ qüvvǝtli olsun.
Süd 500-600 ml, qismǝn kefir formasında, müxtǝlif yarma, qarabaşaq, buğda, düyü, tǝrǝvǝzlǝr, meyvǝlǝr, yumurta verilir.

1 kq. çǝkiyǝ tǝlǝbat aĢağıdakı kimidir:
1. Zülal – 4, 0 qr.
2. Yağ – 4, 0 qr.
3. k/h – 15-16 qr.

Sutkalıq enerji tǝlǝbatı 5. 439, 6, 276 k/c-dur. Qida rejiminǝ ciddi ǝmǝl olunmalıdır. 1, 5 yaşdan
başlayaraq uşaqlar 4-5 dǝfǝ, 1, 5-4 yaşa qǝdǝr isǝ 4 dǝfǝ qidalanmalıdır. Sutkalıq enerji tǝlǝbatının 40- 45%-i naharda ödǝnilir. 25%-i sǝhǝr vǝ axşam, 10-15%-i sǝhǝrlǝ günorta arası ödǝnilir. Qidanın ǝsas tǝrkib hissǝsini heyvan mǝnşǝli yağlar vǝ zülallar tǝşkil edir. Qǝbul olunan zülalın 75%-i heyvan mənşəli olur.

Heyvan mǝnşǝli zülalların mǝnbǝyi ǝt vǝ süddür. Heyvan mǝnşǝli yağı uşaq kǝrǝ yağı, kǝsmik,
xama, qaymaq, üzlü süd vǝ yumurta sarısından alır.

1, 5 yaşdan sonra uşağa bitki yağı verilmǝlidir (qarğıdalı, günǝbaxan, zeytun vǝ s.). Bu tǝqribǝn gündǝlik yağ tǝlǝbatının 10-15%-ni tǝşkil edir. Uşaq üçün ǝn qiymǝtli qida maddǝsi yumurta hesab
olunur. Onun tǝrkibindǝ fosfor, vitaminlǝr var.
1 yaşdan böyük uşaqların qidasına gündǝ bir qaynanmış yumurta daxil edilmǝlidir. Uşağın gündǝlik qida rasionuna tǝrǝvǝz püresi, şirǝlǝr daxil olunmalıdır.

Meyvǝ-tǝrǝvǝz uşağın inkişafı üçün lazım olan vitaminlǝrin, mineral duzların, mikroelementlǝrin mǝnbǝyi rolunu oynayır. Bu yaşda uşaqlara göyǝrti, soğan, turşǝng, şüyüd vermǝk olar. Yemǝklǝri bişirǝn zaman vǝ saxlama zamanı vitaminlǝr itir.