Hipokalsiemiya(kalsium çatışmazlığı) nədir-Özəl

353

Sosialmedia.az xəbər verir ki, insan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.
Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz terkibini teskil edir.

Kalsium çatışmazlığı:
Əzələ və oynaq ağrıları
Sümük əriməsi
Yuxu problemləri
Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.

Kalsiumla zəngin olan qida məhsullarına aiddir:
1. Agartı məhsulları(süd, pendir, kəsmik, yumurta qabığı)
2. Soya
3. Kələm
4. Balıq
5. Fıstıq
6. Badam

Bəzən orqanizmdə kalsium azlığı sorulmanın pozulması ilə əlaqədar olur.
Buna sebeb isə orqanizmdə D vitamini defisitidir(azlığıdır).
Hipokalsiemiya( kalsium çatışmazlığı) zamanı imtina edilməli qida maddələrinə aiddir:

1. Rəflənmiş şəkər və şirniyyat
2. Pomidor
3. Badımcan
4. Kartof
5. Duz
6. Fosfor yüksək olan qidalar