İnsan alveri və məişət zorakılığı ilə mübarizə mövzusunda ictimai dinləmə keçirildi- Özəl

216

Sosialmedia.az xəbər verir ki, 30.09.2023 tarixində Sumqayıt şəhər Heydər Əliyev adına Mərkəzdə Sumqayıt şəhər İcra Hakimiyyəti, Polis, Prokurorluq,Sosial Xidmətlər Agentliyinin, Sumqayıt şəhər Tibb Mərkəzinin, Sumqayıt şəhər Bələdiyyə, Mediya, Vətəndaş Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə insan alveri və məişət zorakılığı ilə mübarizə mövzusunda ictimai dinləmə keçirildi.
İctimai dinləmə zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının müavini Ülviyyə Müzəffərova çıxış edərək insan alveri və məişət zorakılığı ilə bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verdi.

Ülviyyə xanım çıxışında insan alveri və məişət zorakılığı ilə mübarizədə preventiv tədbirlərə ön verildiyini qeyd etdi
Müzakirə zamanı nümayəndələrin hər biri bu sahədə görülən işlər və mübarizənin gücləndirilməsi ilə bağlı müvafiq təkliflər verdilər.

Tədbir zamanı Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdilən “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” layihəsi çərçivəsində görülmüş işlər və göstərilmiş xidmətlər barədə ətraflı məlumat verdi.
Qeyd edək ki, layihə çərçivəsində insan alveri ilə mübarizə mövzusunda TV verlişlər, təlimlər, tədbirlər keçirilmişdir. Qurbanlara sosial,psixoloji, hüquqi xidmətlər göstərilmişdir.