Hərbi institutun kursantları tədbirdə iştirak edirlər- Özəl

450

Heydər Əliyev adına Hərbi İnstitutun bir qrup kursantı “5-ci Beynəlxalq Kursantlar Həftəsi”ndə iştirak etmək üçün Çin Xalq Respublikasının Sian şəhərində səfərdədir.

Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin Mühəndislik Universitetində keçirilən tədbirdə Azərbaycan və Çin nümayəndələri ilə yanaşı, Belarus, İndoneziya, Laos, Macarıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tunis, Vyetnam və Zimbabvedən olan kursantlar da iştirak edirlər.

Qeyd edək ki, “5-ci Beynəlxalq Kursantlar Həftəsi” oktyabrın 28-dək davam edəcək.