Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlayıb- Özəl

685

Bu gün saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlayıb.
Tərtər rayon prokurorluğundan məlumat verilib.

Sosialmedia.az xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdır, müalicəsi xəstəxanada davam etdirilir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.