İnsanları sevin ki, bəşəriyyət də insanlığı sevsin-Səbinə Kərimova

1864

Sosialmedia.az xəbər verir ki, əlilliyi olan şəxslərin günü deyil bu sözləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova öz sosial media hesabında yazıb. O, qeyd edir ki, 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.
Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. 3 dekbar “Beynəlxalq Əlillər Günü” kimi bir çox ölkələr də qeyd olunur və o, cümlədən bizim ölkəmiz də.Necə? Sadəcə onlar üçün şənlik təşkil edilir.O, isə əlillər günü tək 3 dekabr üçün deyil, il boyu əlilliyi olan şəxslərə diqqət və qayğı göstərməli,onların sosial müdafiəsinə və inteqrasiyasına dəstək olmalıdır. Ancaq bu gün biz onu çox da görə bilmirik. Ümumilikdə isə əlilliyi olan şəxslərə qarşı cəmiyyət inteqrasiya etməldir. Bu varmı? Mən əlilliyi olan bir şəxs kimi qeyd edim ki, yoxdur.Əgər mən bu gün cəmiyyətə inteqrasiyanı özüm edirəm və cəmiyyətdə bir çox fərd mənə qarşı diskriminasiya edirsə, deməli bu mənim günüm deyil.

Əgər mən müraciət edirəmsə mənim səsimə səs verən yoxdursa deməli bu gün mənə aid deyil. Cəmiyyət məni görmür və eşitmir. Bu gün yüzlərlə əlilliyi olan şəxsin hüquqları kobud şəkildə pozulur və buna susub,göz yuman fərdlər məni bayram deyib təbrik edirlər.Bu bayram deyil,əlillik bayram deyil.Əlilliyi olan şəxslər digər şəxslər kimi bərabər imkanlara malik olmalıdır. Onlara təhsil, peşə,reabilitasiya əlçatan olmalıdır. Onlar öz məşqulluqlarını özləri rahat şəkildə qura bilməlidirlər. Onlar evdən rahat çıxıb istədikləri yerə sərbəst şəkildə, heç bir maniyə olmadan çatmalıdırlar. Onlar hər bir vətəndaş kimi rahat şəkildə seçkidə iştirak edə bilməlidirlər. Öz bizneslərini qura bilməlidirlər.Bax bunlar varsa əlillərin hüquqlarının müdafiəsi günü də var.Yox əgər bu gün ayrı-seçkilik varsa deməli bu gün bizə aid deyil. Əlillik qüsur deyil,sadəcə məhdudiyyətdir.İnsanları sevin ki, bəşəriyyət də insanlığı sevsin.