AVP Qadınlar Şurası əlilliyi olan bir qrup şəxslə görüş keçirib-Özəl

1377

Ana Vətən Partiyasının Qadınlar Şurası 3 Dekabr Əlillər Günü münasibətilə Sumqayıt şəhərində əlilliyi olan bir qrup şəxslərlə görüş təşkil edib.

Sosialmedia.az xəbər verir ki, tədbirdə AVP-nin ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən qadınlarla yanaşı, fiziki məhdudiyyətli yaradıcı xanımlar və bəylər də iştirak edib.

Öncə əlillərin əl işlərinə baxış keçirilib, əl işlərinin satışına dəstək göstərilib. Daha sonra Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı bu cür görüşlərin vacibliyindən danışaraq xanımlara AVP sədri, millət vəkili Fəzail Ağamalının salamlarını çatdırıb.

Qadınların cəmiyyətdəki rolundan söhbət açan Günay Ağamalı qadınların ölkənin Birinci – Vitse Prezidenti Mehriban Xanım Əliyevadan ruhlandıqlarını, ondan stimul aldıqlarını önə çəkib.

Bütün dövrlərdə olduğu kimi bu gün də ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olan xanımlara ən xoş və səmimi diləklərini yetirib. Müasir dövrdə Azərbaycan xanımlarının ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı, dövlət qurumlarında da təmsil olunmaqları xanımlara verilən dəyər kimi qiymətləndirildiyindən söz açıb. Bu dəyərin bütün qadınların uğuru olduğunu bildirib. Günay Ağamalı əlilliyin onlar üçün psixoloji və mənəvi əngəl törətmədiyini xüsusi olaraq önə çəkib.

Görüşdə AVP Qadınlar Şurasının sədr müavini Səbinə Kərimova və AVP – nin fəalları da iştrak ediblər.