İctimai Birlik “Səssizliyin Səsi Olaq!!!” adlı sosial çarx hazırladı-Özəl

208

1992-ci ildə BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur.

Sosialmedia.az xəbər verir ki, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı , “ Hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. Bu tarix Azərbaycanda da qeyd olunur.

3 dekabrda keçirilən Beynəlxalq Əlillər Günü, əlilliyi olan şəxslərin ehtiyaclarını başa düşməyə, hüquq və rifahına dəstəyi irəli çəkmək, onlar haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədi daşıyır.

Elə bu məqsədlə təşkilatımızın fəaliyyət istiqamətinə uyğun olaraq sosial çarx hazırlanıb. Sosial çarxın əsas məqsədi cəmiyyətin diqqətini eşitmə məhdudiyyəti olan şəxslərə yönəltməkdir. Eşitmə məhdudiyyətli şəxslərə cəmiyyətdə hər yerdə rast gəlmək olar. Çünki onlar da cəmiyyətin bir parçasıdır.

Onları fərqləndirən səssiz olmaları və yaxud da ağır eşitmələridir ki, bu da onların cəmiyyətdən təcrid olunmasına əngəl deyil. Eşidən insanlar düşünsələr ki, qarşısında olan eşitmə məhdudiyyətli şəxs ola bilər, bu səbəbdən hər sahədə onlara anlayış və diqqətli olmaları, onların daha çox cəmiyyətə inteqrasiyasına dəstək olar.

Onu da qeyd edim ki, eşitmə məhdudiyyətli uşaqlarımızın istedadlarını üzə çıxarılmasında, səhnə quruluşunda hər zaman təşkilatımıza dəstək, bizimlə birlikdə olan Müasir Rəqs Akademiyasının rəhbəri xaroqraf Günay Muradi bu sosial çarxın yaranmasının ideya müəllifidir. Bu sosial çarxın çəkilməsində bizə təmənnasız xidmət göstərən zone.studio.Baku nun rəhbəri Ayxan Kərimli və komandasına isə xüsusi təşəkkür edirəm. Hər zaman , hər yerdə İctimai Birliyimizin bir şüarı və bir missiyası var “Səssizliyin səsi olaq!!!”. “