QHT sədri: “Bizim fəaliyyətimiz onlara istədikləri peşəni öyrətməklə işsizlik problemini aradan qaldırmaqdır”-Özəl

217

“Bu gün ölkəmizdə əlilliyi olan şəxslərin işsizlik problemi olduqca yüksəkdir və demək olar ki, bu şəxslərin 90% işssizlikdən əziyyət çəkir. Bunun başlıca səbəbi isə onların təhsilsiz olmasıdır”.

Bu sözləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kəromova Sosialmedia.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, təhsildən kənar qalmaların bir çox səbəbi var. Valdeyinlərinin laqeyidliyi, infrastruktur və məktəblərin onlar üçün əlçatan olmamasını vurğulayan Səbinə Kəromova bunun da əlil uşaqların təhsildən kənar düşməsinə səbəb olduğunu qeyd edib: “Evdə fərdi məktəblər isə çox da ürək açan deyil. Bu da gələcəkdə onların işsiz qalması ilə nəticələnir. Bizim fəaliyyətimiz onlara istədikləri peşəni öyrətməklə işsizlik problemini aradan qaldırmaqdır. Bunun üçün biz vaxtaşırı kurslar təşkil edib onları bu kurslara cəlb edirik ki, öz işlərini qura bilsinlər. Artıq bir çox təşkilat üzvülərimiz işləyir və cəmiyyətə inteqrasiya edə biliblər. Təşkilatın nəzdində 2018-ci il tarixindən “Gənc Əlillərə Dəstək” Mərkəzi fəaliyyət göstərir. Bu Mərkəz gənc əlillərin cəmiyyətə inteqrasiyasına dəstək olur. Təşkilatın Xəzər rayon şöbəsi və Qaradağ rayon şöbəsi fəaliyyət göstərir”.

Qeyd edək ki, 2017-ci ildən fəaliyyətə başlayan Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin məqsədi əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.