“Əlilliyi olan şəxslərin problemləri və hüquqlarının bərpası istiqamətində qaynar xətt yaratmağı düşünürük” – QHT sədri-Özəl

228

“Dövlət qurumlarına təkliflər hazırlanır ki, kvota barədə məsələyə yenidən baxılsın, çünki əlilllərin işlə təminatında kvota çox aşağı səviyyədədir. Bundan əlilliyi olan şəxəslər çox əziyyət çəkir. Daha çox hazırda işlədiyimiz məsələ əlilliyi olan şəxslərin problemləri və hüquqlarının bərpası istiqamətində qaynar xətt yaratmağı düşünürük və bunun üçün yeni proqram işləyirik. Yəqin ki, yaxın zamanlarda bunu edəcəyik”.

Bu sözləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsi və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kəromova Sosialmedia.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, Təşkilatımız aktiv təşkilatlar sırasındadır: “Təşkilatımız Azərbaycan Vərəm Əleyhinə QHT-koalisiyasının üzvüdür. Vərəmlə mübarizə sahəsində faəliyyət göstəririk. Bundan əlavə Miqrasiya Əməkdaşlıq Platformasının üzvüyük. Əlilliyi olan miqrantlarla da işləyirik. Bir çox qurumlarla sıx əməkdaşlıq edirik. Bu bizim fəaliyyətimizə müsbət təsirini göstərir. Çalışırıq ki, daha yaxşı nəticə göstərək ki, əlilliyi olan şəxslərin sosial rifahının düzəlməsinə dəstək olaq”.