QHT sədri qızılca xəstəliyinin yayılması ilə əlaqədar ictimaiyyətə müraciət etdi-Özəl

512

Sosialmedia.az xəbər verir ki, Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyinin sədri Səadət Bayramova qızılca xəstəliyinin sürətli yayılması ilə əlaqədar ictimaiyyətə müraciət etdi:

“Qızılca yüksək yoluxuculuğu olan, peyvəndlə qarşısı alına bilən virus xəstəliyidir.

Çox təəssüflə qeyd edirəm ki, artıq ölkəmizdə qızılca xəstəliyi sürətlə yayılır, ən çox uşaqlar, məktəb yaşlılar yoluxur hətta ölüm halları da var…
İllərdir bu xəstəliyin qarşısı peyvənd sayəsində alınmışdı, lakin son illərdə peyvənddən yayınma, peyvənddən imtina halları, həmçinin qeyd etmək lazımdır ki, Covid pandemiyası zamanı peyvəndlənmədə məsafələr yarandığı üçün hazırda qızılca virusu sürətlə yayılmaqdadır.

Burada üzərində durmaq istədiyim bir qrup xəstələr var ki onlara peyvəndləmə çox vacibdir, bunlardan biri xroniki (qalıcı) xəstəliklərdən olan Kistoz Fibrozdur. Valideynlər bilməlidirlər ki, belə bir ağır xəstəliklə peyvənddən yayınmaqla balalarını çox böyük riskə atmış olarlar .

Hətta xroniki xəstəliyə sahib uşağı qorumaq üçün digər uşaqlar da peyvənd olunsalar daha məqsədəuyğun olar.
Bir daha ailələrimizə müraciət edərək demək istəyirəm ki, peyvənd orqanizmin immun sistemini qüvvətləndirən bioloji maddədir, uşaqları qorumaq bizim əlimizdədir. Gəlin dövlətimizin uşaqları yoluxucu xəstəliklərdən qorumaq üçün yaratmış olduğu odənişsiz, güvənilən peyvəndləmə sistemindən yetərincə yararlanaq ki, körpələrimizi arzuolunmaz ağırlaşmalardan qoruya bilək .”