Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəni irs” Forumu keçirilir-Özəl

379

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Mədəni irs” Forumu keçirilir.

Sosialmedia.az xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində baş tutur. Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və müvafiq sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Forumda “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, post-münaqişə dövründə Azərbaycanın tarixi mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunur. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.