“Boccia idman növü üzrə 2023 SENİ CUP Azərbaycan çempionatı” -ın final mərhələsi keçirilib-Özəl

447

Sosialmedia. az xəbər verir ki, Azərbaycan Boccia Federasiyasının prezidenti Vüqar Behbudov, Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov giriş sözləri ilə tədbiri açıq elan ediblər.

Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib.

Final mərhələsi BC1, BC2, BC3, BC4, BC5 və uşaq kateqoriyası da daxil olmaqla 80 nəfər əlilliyi olan şəxs arasından finala çıxan paralimpiyaçılar arasında baş tutub.

Çempionat beynəlxalq boccia təşkilatı BİSFED qaydalarına əsasən keçirilib.

Qalib gələn idmançılar I, II, III yerlərə layiq görülərək medal, kubok və hədiyyələrlə təltif olunublar.

Sonda xalq artisti Gülyaz Məmmədovanın ifasında musiqi nümunələri təqdim edilib.


#Boccia #Seni #CUP #Azərbaycan #Çempionat #Final