Baş direktor “DIMDEX 2024” sərgisində iştirak edir-Özəl

428

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.


Səfər çərçivəsində cənab A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüşüb.
Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.