Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir-Özəl

468

Sosialmedia.az xəbər verir ki, Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi plana uyğun olaraq, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.


Keçirilən məşğələlər zamanı istehkamçılar silahlanmada olan müasir mühəndis avadanlıqlarından istifadə etməklə nəqliyyat vasitəsinə yerləşdirilmiş partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Mühəndis təminatı yerinə yetirən bölmələrin şəxsi heyəti ilə keçirilən məşğələlərin əsas məqsədi peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vəziyyətinin daha da artırılmasıdır.