QHT İmişli və Göyçay rayonlarında monitorinq superviziya səfərində olub – FOTOLAR-Özəl

570

13-15 mart tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin və “Sağlamlığa Xidmət” İctimai Birliyinin nümayəndələrindən ibarət heyət İmişli RMX PHŞ-in vərəm şöbəsində və Göyçay RMX PHŞ ftiziatrik kabinetində monitorinq superviziya səfərində olub.

Sosialmedia.az xəbər verir ki, səfərdə İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Tibb Xidmətinin 5- ci vərəm şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı, həkim- ftiziatr İlham Rüstəmov və “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı, sədr müavini, həkim- koordinator Samirə Muxtarova iştirak ediblər.

Superviziya səfəri zamanı, cəzaçəkmə müəssisəsindən azad olmuş keçmiş məhkum vərəm xəstələrinin müalicəsinin aparılmasına dair sənədlərə baxış keçirilib, pasientlərin 1 aylıq vərəm əleyhinə dərmanları tibb müəssisəsinə təhvil verilib, müalicə müddətində pasientləri narahat edən problemlər dinlənilib və məsləhətlər verilib, eyni zamanda müalicə sxeminə uyğun olaraq bəlğəm nümunəsi götürülərək, müayinə olunması üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin laboratoriyasına çatdırılıb.