Azərbaycanda bir neçə rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir.
Sosialmedia.az Report-a istinadən xəbər verir ki, 9 rayonun mərkəzi xəstəxanası həmin rayonlarda yerləşən diaqnostika mərkəzlərinin ona qoşulması yolu ilə yenidən təşkil olunur.
Belə ki, qeyd olunan tibb müəssisələri aşağıdakılardır:
– Füzuli Rayon Mərkəzi Xəstəxanası Füzuli Müalicə Diaqnostika Mərkəzinin
– Lənkəran Mərkəzi Rayon Xəstəxanası Lənkəran Müalicə Diaqnostika Mərkəzinin,
– Qazax Rayon Mərkəzi Xəstəxanası Qazax Müalicə Diaqnostika Mərkəzinin,
– Qəbələ Rayon Mərkəzi Xəstəxanası Qəbələ Müalicə Diaqnostika Mərkəzinin,
– Quba Rayon Mərkəzi Xəstəxanası Quba Müalicə Diaqnostika Mərkəzinin,
– Şamaxı Rayon Mərkəzi Xəstəxanası Şamaxı Müalicə Diaqnostika Mərkəzinin,
– Şirvan Rayon Mərkəzi Xəstəxanası Şirvan Müalicə Diaqnostika Mərkəzinin,
– Zaqatala Rayon Mərkəzi Xəstəxanası Zaqatala Müalicə Diaqnostika Mərkəzinin,
– Tovuz Rayon Mərkəzi Xəstəxanası Tovuz Müalicə Diaqnostika Mərkəzinin ona qoşulması ilə yenidən təşkil olunur.