Hikmət Mirzəyevin büstü özünə təqdim edildi

257

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi, heykəltəraş Zamik Rzayev Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü hazırlayıb.

Sosialmedia.az xəbər verir ki, heykəltəraş hazırladığı büstü XTQ komandanına təqdim edib.

Qeyd edək ki, XTQ komandanı Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir.

H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli, Xocavənd və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.