Azərbaycanlı samboçu Avropa Oyunlarının finalına çıxdı: Rəqib ermənidir.

214

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu finala çıxıb.

SosialMedia.az-ın xəbərinə görə, idmançımız Ağasif Səmədov (-52 kq) belaruslu rəqibini məğlub edərək finalda erməni Tiqran Kirakosyana rəqib olub.

Qeyd edək ki, bu gün daha bir samboçumuz Abdulla Abdullayev (-74 kq) də təsəlliverici yarışda erməni rəqibi ilə güləşəcək.

13.19

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu erməni idmançısına rəqib olub.

SosialMedia.az-ın xəbərinə görə, Ağasif Səmədov (-52 kq) 1/4 finalda litvalı rəqibini 5:0 məğlub edərək yarımfinala çıxıb.

Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub.

Cavidan Qarayev (-62 kq) yunan rəqibinə məğlub olub. O, təsəlliverici yarışda estoniyalı Vadim Fominlə qarşılaşacaq.

Abdulla Abdullayev (-74 kq) ilk görüşündə xorvatiyalı rəqibinə uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışda Arsen Qazaryana rəqib olub.