İmtahanlarda abituriyentlərin ən az bal topladığı rayonlar açıqlandı.

234

Azərbaycanda qəbul imtahanlarında abituriyentlərin ən az bal topladığı rayonlar açıqlanıb.

SosialMedia.az-ın məlumatına görə, bu barədə 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili hesabatında qeyd edilib.

Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, Sabirabad və Samux rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.