Gürcüstanda etirazçılar hökumətə sabaha qədər vaxt veriblər.

243

Tbilisidə ötən gün saat 19:00-dan etibarən parlamentin qarşısında keçirilən aksiyaya hakim Gürcü Arzusu Partiyasının mərkəzi ofisinin qarşısında yekun vurulub.

SosialMedia.az xəbər verir ki, etirazçılar partiya qərargahı qarşısında Gürcüstanın dövlət himnini oxuyublar və daha sonra tələblərini səsləndiriblər.

Tələblərin yerinə yetirilməsi üçün hökumətə saat 14:00-a qədər vaxt verilib. Əks halda, parlament qarşısında növbəti etiraz aksiyası keçiriləcək.


***00:39

Tbilisidə parlament binası qarşısında keçirilən kütləvi aksiya iştirakçıları hakim Gürcü Arzusu Partyasının mərkəzi ofisinə qədər dinc yürüş edirlər.

SosialMedia.az xəbər verir ki, etirazçılar tələblərini partiyanın qərargahı qarşısında səsləndirəcəklər.

Ötəngünkü aksiyanın tələblərinin yerinə yetirilməsi üçün qoyulan vaxt başa çatıb.

Bu vaxta qədər aksiyanın tələblərindən heç biri yerinə yetirilməyib. Etirazçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-də keçirilən aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılması və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Aksiya iştirakçıları bu tələblərin yerinə yetirilməsi üçün hökumətə saat 14:00-a qədər vaxt veriblər. Əks halda onlar yenidən parlamentin binası qarşısında toplaşacaqlar.