Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

242

Türkiyədə 2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhdlə əlaqədar təqsirləndirilən Quru Qoşunları Hərbi Məktəbinin bir qrup müəllim və tələbələrinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

SosialMedia.az-ın xəbərinə görə, Türk Silahlı Qüvvələrinə kadr hazırlayan hərbi məktəbin dekanı, keçmiş general-mayor Kərim Acar daxil 18 şübhəli ağırlaşdırılmış ömürlük həbs cəzasına, 132 şübhəli 12-15 il həbs cəzasına məhkum edilib. 108 tələbəyə isə bəraət verilib.