Səfir: “ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir”

251

“Biz bu gün həm də inkişaf etmiş ABŞ və Azərbaycan dostluğunu qeyd edirik. Ölkəniz müstəqilliyini yenidən bərpa etdiyi andan ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyib”.

SosialMedia.az-ın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberq 4 iyul Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycanın dünya səhnəsində rolu artmaqda ikən, biz sizin yanınızdayıq. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir”, – ABŞ səfiri qeyd edib.