Nazir: “İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir”

342

“Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir”.

SosialMedia.az-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir: “Bizim müşahidələr göstərir ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti orada fəaliyyətini dayandırıb. Lakin bununla belə, bu məsələ bizim diqqətimizdədir”.