Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

213

Abşeronda ölümlə nəticələn yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, avqustun 5-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Kazımov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Rəvan Abdinovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.