Şirvanda iki nəfər müəmmalı şəkildə ölüb

184

Şirvanda müəmmalı ölüm hadisəsi baş verib.

SosialMedia.az-ın məlumatına görə, Şirvan şəhər sakinləri – 1976-cı il təvəllüdlü Şotiyev Sahib Balaisa oğlu tanışı, 1985-ci il təvəllüdlü, Əzizov Vüsal Tahir oğlu ilə birlikdə yeyib-içiblər. Bir neçə saatdan sonra hər ikisinin halı pisləşib. V.Əzizov xəstəxanaya aparılarkən yolda, digər şəxs isə yaşadığı evdə dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırma aparılır.