Sumqayıtda xəstəxananın söküntüsündə xəsarət alan fəhlə 10 gün sonra ölüb

155

Sumqayıtda xəstəxananın söküntüsündə xəsarət alan fəhlə 10 gün sonra evində ölüb.

SosialMedia.az-ın məlumatına görə, Şirvan şəhər sakini, 1961-ci il təvəllüdlü Şəmsəddin Həziyev iyulun 27-də Sumqayıt şəhərində köhnə “Göz Klinika”sı kimi bilinən binanın söküntüsü zamanı yıxılaraq kəllə-beyin tramvası alıb. Ş.Həziyev hadisədən 10 gün sonra yaşadığı evdə ölüb.

Həmçinin məlum olub ki, Ş. Həziyevin yıxılması ilə bağlı onun ailə üzvləri Sumqayıt şəhər Prokurorluğuna müraciət edib.

Faktla bağlı araşdırma aparılır.