Təhsil Nazirliyi şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulunu müvəqqəti dayandırıb

232

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 15 sentyabr 2019-cu il tarixindən 15 oktyabr 2019-cu il tarixinə qədər dayandırılacaq.

Bu barədə SosialMedia.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.

Bununla yanaşı, 15 sentyabr 2019-cu il tarixinə qədər qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.