SOCAR: Güclü küləklə əlaqədar 150 neftçi dənizdən təxliyə edilib

128

Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

SOCAR-dan “SosialMedia.az-Economics”ə verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Artıq 150 dənizdə işləyən neftçi evakuasiya edilib. Zəruri sahələrdə növbətçilik təşkil olunub.