Sumqayıtda Özbəkistan vətəndaşı intihar edib

125

Sumqayıtda Özbəkistan vətəndaşı intihar edib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıta  gəlin köçən 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kenjoyeva Neqora İxtiyor qızı yaşadığı ünvanda özünü asıb.

Mərhumun meyiti  aidiyyatı üzrə təhvil verilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.