Şəhid ailələri və əlilliyi olan şəxslər üçün Bakı turu təşkil olunacaq

204

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən maraqlı layihələrdən biri ”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyinin ”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsidir.

SosialMedia.az xəbər verir ki, İctimai birlik layihə çərçivəsində həssas qrupları İsmayıllı rayonunun tarixi yerlərinə səyahətdən sonra Şamaxı rayonuna tur təşkil edib.Növbəti turda isə həssas qruplar Bakı şəhəri və onun ətrafında olan tarixi yerlərə səyahət edəcəklər.

Həssas qruplara səyahətdə çay süfrəsi veriləcək. Layihə KİV nümayəndələrinin iştrakı ilə həyata keçiriləcək. ”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsinin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızıdır.